EN

Ülvi Qılınc: "Allah üzümüzə baxıb ki, dırnaqarası Xalq artistləri P Diddidən xəbər tutmayıblar, təyyarəyə lüt minib gedərdilər"

""Sənət" adında bir şey qalmayıb ki, durub sənətdən danışaq. Bu aralar efirlərə çıxanları analiz edirəm. İnanın, insanlar televiziya kanallarına baxmırlar. Efir o qədər maraqsız olub ki. Hamının özünün efiri var. "Tik Tok" və digərləri. "Tik Tok"u pisləmək fikrim yoxdur, yaxşı platformadır. Lakin efirdə müzakirə olunan musiqinin səviyyəsini anlamıram. Məsələn, Şəbnəm Tovuzlu ilə Vəfa Şərifova arasında nəyin üstündə dava gedirdi, vallah, anlamadım. Heç kim pis başa düşməsin, kimləsə şəxsi ədavətim yoxdur. Sadəcə, söhbət hansı musiqidən gedirdi? Yaxud o nə fövqəladə musiqi idi? Əslində, günah onlarda deyil, onları qınaya bilmərik".

 

Bu sözləri Pravda.az-a açıqlamasında tanınmış opera müğənnisi Ülvi Qılınc deyib.

 

"Bu günlərdə bir Xalq artistinin videosu gözümə sataşdı. Fanatı deyiləm, bir neçə beləsi var. Kürəyinə baxdım, mənim kürəyimə oxşayırdı. Başda duran dırnaqarası Xalq artistləri bu gündədirlərsə, bugünkü mügənnilərdən, onların çəkişməsindən, qalmaqalından nə danışa bilərik? ABŞ-ın kral reperlərindən biri P Diddinin nə işlə məşğul olduğunu bu yaxınlarda bilmişəm. Allah üzümüzə baxıb ki, dırnaqarası Xalq artistləri P Diddidən xəbər tutmayıblar. İnanın burdan təyyarəyə lüt minib gedərdilər. P Diddidən başqa heç nə istəməzdilər, bircə o məclislərdə iştirak etsinlər. Çünki bu adamlarda əvvəldən sənət olmayıb. Sənətlə uzaqdan-yaxından əlaqələri yoxdur, sənətdə təsadüfi adamlardır. Səs söhbəti ola bilməz, sadəcə, oxuyandırlar. Hər evdə III sinif uşağının oxuya biləcəyi İQ səviyyəsində mahnılar oxuduqlarına görə. Bilirsiniz, niyə bu gündədirlər? Çünki buradakı P Diddilərin ən aşağı səviyyəli "kitayski" məclislərinə çağırılırlar. Buna görə də ümumi sənət Azərbaycanda bu gündədir. Hamısı buradakı ağzı qara gədələrin məclislərində iştirak edən müğənnilərdir. Başda Xalq artistləri olmaqla...", - o bildirib.

 

Aytəkin Qardaşova 

Tarix: 7 Oktyabr 2024, 10:11   
Chosen
33
pravda.az

1Sources