EN

Çin müəllim və məmurların xaricə çıxışını sərtləşdirdi -"FT"

Çin hakimiyyəti dövlət işçiləri və müəllimlərin xaricə səyahət şərtlərini sərtləşdirib.

Bu barədə Financial Times (FT) qəzeti Çin rəsmilərinə istinadən yazıb.

Nəşrin məlumatına görə, 2023-cü ildə "Covid" qadağalarının  götürülməsindən qısa müddət sonra xaricə səyahətlər məhdudlaşdırılmağa başlayıb. Üç il əvvəl pandemiya başlayanda müəllimlərin və məmurların pasportları da əllərindən alınmışdı.

Məhdudiyyətlər hazırda məktəb və universitetlərdəki müəllimlərə, eləcə də yerli hökumət işçilərinə şamil edilir.

Belə ki, Vençjou qraflığının rayonlarından birinin təhsil bürosu müəllimlər üçün təlimat dərc edib. Ona əsasən müəllimlər ildə bir dəfə və 20 gündən çox olmayan müddətdə ölkəni tərk edə bilərlər. Səyahət edənlərin “düşmən xarici qüvvələrlə”, o cümlədən qadağan olunmuş dini təşkilat "Falunqun"la təması qadağan edilir.

Tural

Chosen
95
1
news365.az

2Sources