İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Kapital Bazarları və Maliyyə Qurumları Departamentinin rəhbəri Serdar Çelik qlobal borcun artacağı ilə bağlı xəbərdarlıq edib.

İndex.az xəbər verir ki, Çelikin sözlərinə görə, qlobal bazarlar baxımından uçot dərəcələrinin ensə də, pandemiyadan öncəki dövr ilə müqayisədə daha yüksək olacaq:

“Mövcud borclanma səbəbiylə hər kəs üçün borc ödəmə xərcləri artacaq. Bununla da, dövlətlərin büdcələrində kəsilmələr olacaq, OECD olaraq bu prosesin yaxından izlənilməsi lazım olduğunu düşünürük”.