EN

ABŞ-ın Florida ştatı "Helene"dən sonra bu dəfə "Milton" qasırğasına hazırlaşır

ABŞ-ın Florida ştatı 227 nəfərin həyatına son qoyan "Helene" qasırğasından sonra ştatı vurması gözlənilən "Milton" qasırğası üçün tədbirlər görməyə başlayıb.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, ABŞ Milli Qasırğa Mərkəzi Milton qasırğasının oktyabrın 9-da ştatın qərbindəki Tampa körfəzinə düşə biləcəyini açıqlayıb.

Mərkəz "Milton"un Floridadan keçərkən qasırğa olaraq qalmağa davam edəcəyini  bildirib.

Federal Fəlakətlər və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (FEMA) Florida direktorunun verdiyi açıqlamada ştatın 2017-ci ildə "İrma" qasırğasından sonra ən böyük evakuasiyaya hazırlaşdığını bildirib.

Ştat Helenenin geridə qoyduğu ziyanı aradan qaldırmağa davam edərkən, Florida qubernatoru Ron DeSantis ştatın Milton qasırğasından ağır zərbə ala biləcəyini söyləyib.

DeSantis, 4 minə yaxın Milli Qvardiya üzvünün dağıntıların təmizlənməsi işlərində yerli qruplara kömək etdiyini deyib.

QAZİLER.AZ

Chosen
22
2
qaziler.az

3Sources