EN

Ermənistandan sülh müqaviləsinin mətni ilə bağlı açıqlama - ölkənin ən güclü hüquqi sənədi olacaq

Hurriyyet.az xəbər verir ki, Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan "Ermənistan ilə Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin bərqərar olması barəsində" müqavilə layihəsinin razılaşdırılmış hissəsində tərəflərin bir-birinə qarşı ərazi iddialarının olmadığını və gələcəkdə belə tələbləri irəli sürməyəcəklərini öhdələrinə götürmələri barəsində maddə olduğunu bəyan edib.

Badalyan deyib: "Həmçinin, maddələrin birində deyilir ki, tərəflərdən heç biri Sülh müqaviləsinin həyata keçirilməsini əngəlləmək üçün özünün daxili  qanunvericiliyinə istinad edə bilməyəcək. Yəni, Ermənistan ilə Azərbaycan arasında sülh sazişi imzalandıqda, Konstitusiya Məhkəməsi sənədin Konstitusiyaya uyğun olduğu barəsində qərar verəcək, müqavilə Ermənistan Respublikasının parlamentində ratifikasiya ediləcək və istənilən daxili qanundan daha yüksək hüququ qüvvəyə malik olacaq. Nəticədə, sülh müqaviləsinin imzalanması həm Ermənistanın, həm də Azərbaycanın iki ölkənin müxtəlif qanunverici sənədləri ilə bağlı meydana çıxa biləcək bütün narahatlıqlarını aradan qaldıracaq".

Hürr Tərcüman

Chosen
12
hurriyyet.az

1Sources