EN

Qurban Qurbanovun yanında xəsalətli olanlar

«Qarabağ» son vaxtlar müxtəlif problemlərdən əziyyət çəkir.

Tərifli komanda dünəndə qalıb, biz bu gün ondan danışa bilmirik.

«Qarabağ» daha həzz vermir. Düzdür, Qurban Qurbanov yenə səbrini pozmur, sabaha nikbin baxışlarla boylanır.

«Yaxşı olacaq», «düzələcək» məzmunlu açıqlamalar verir, bununla da, ictimaiyyəti/azarkeşləri sakitləşdirmək istəyir.

Mən onu başa düşürəm. Ona inananları, «Qarabağ»a bağlı insanları narahatlıqdan qurtarmaq, hər şeyin nəzarətdə olmasına inandırmaq niyyətindədir.

Bu, təcrübədən irəli gələn psixoloji cəhddir.

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin «Ludoqorets»lə Bakıda keçirilən ilk oyunundan bəri «Qarabağ»dakı problemlər bitmək bilmir.

Müdafiə zonası, elə bilin ki, «canlı bombalar»dan ibarətdir. Qurbanov bu xətt üzrə davamlı yerdəyişmə və rotasiya edir, lakin riyazi misal öz həqiqiliyini qoruyur – toplananların yeri dəyişsə də, cəm dəyişmir.

Sumqayıt səfəri birinci və üçüncü fazaya aid futbolçuları Qurban Qurbanov qarşısında yenə xəcalətli etdi. İrəlidəkilər «dişsiz», arxadakılar boş göründü.

Öətnilki kimi iddialı olmayan, yeni mövsümə bərbad başlayan, uğursuhzluq zolağından çıxmaq bilməyən «Sumqayıt» qonaqların qapısı önündə xeyli qol vəziyyəti yaratdı.

«Qarabağ» səhvi səhvə calayan bu müdafiəçilərlə Avropa Liqasında «Malmö»yə 1:2 hesabıyla uduzubsa, əslində, məyus olmamalıyıq, şükür etməliyik.

MUSA

Chosen
80
sportinfo.az

1Sources