EN

Nəsimi rayonunda Beynəlxalq Müəllimlər Günü qeyd olunub - FOTOLAR

Nəsimi rayonunda 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi Rayon İcra Hakimiyyətinin (RİH) məsul əməkdaşları, rayonun idarə, müəssisə rəhbərləri, təhsil işçiləri və gənclər iştirak ediblər.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbiri giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH Başçısının müavini Zahid Xəlilov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan danışaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər respublikamızda tikilən və əsaslı təmir olunan məktəbləri, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan addımları xüsusi vurğulayıb.  

Z.Xəlilov, həmçinin təhsilinin inkişafında xüsusi xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdə gördüyü işlər və ötən təhsil ilində rayonun ümumtəhsil müəssisələrinin uğurları barədə məlumat verib. Bildirilib ki, müəllim əməyi nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Qeyd olunub ki, hər birimizin layiqli vətəndaş kimi yetişməsində müəllimlərimizin əvəzsiz xidmətləri vardır.

Digər çıxış edənlər - YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva, Başçının müavini Ramiz Quliyev və “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin hələ ötən əsrin 70-ci illərində əsasını qoyduğu təhsil strategiyası ölkəmizdə milli köklərə bağlı, yeni təfəkkürlü və təhsilli gənc kadrların yetişdirilməsinə hesablanmışdı.

Tədbirdə çıxış edən təhsil işçiləri və rayon məktəbləri üzrə yüksək bal toplayaraq tələbə adını qazanmış məzunlar bu sahəyə göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

Tədbirdə təhsil işçilərinə və bir qrup tələbəyə Nəsimi RİH tərəfindən hədiyyələr təqdim olunub.

Daha sonra 2 və 5 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin ifasında rəngarəng müsiqilər və rəqslər nümayiş etdirilib.

Chosen
3
50
unikal.az

10Sources