EN

Helene-dən sonra ABŞ Milton qasırğasına hazırlaşır

ABŞ-nin Florida ştatı 227 nəfərin həyatına son qoyan Helene qasırğasından sonra ştatı vurması gözlənilən Milton qasırğası üçün tədbirlər görməyə başlayıb.   Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. ABŞ Milli Qasırğa Mərkəzi Milton qasırğasının oktyabrın 9-da ştatın qərbindəki Tampa körfəzinə düşə biləcəyini açıqlayıb. Mərkəz bildirib ki, Milton Floridadan keçərkən qasırğa olaraq qala bilər. Federal Fəlakətlər və Fövqəladə Halların İdarə Olunması Agentliyinin Florida direktoru Kevin Guthrie verdiyi açıqlamada ştatın 2017-ci ildə İrma qasırğasından sonra ən böyük evakuasiyaya hazırlaşdığını bildirib. Ştat Helenenin geridə qoyduğu ziyanı bərpa etməyə davam edərkən, Florida qubernatoru Ron DeSantis ştatın Milton qasırğasından ağır zərbə ala biləcəyini söyləyib.

DeSantis həmçinin bildirib ki, 4 minə yaxın Milli Qvardiya üzvünün dağıntıların təmizlənməsi işlərində yerli qruplara kömək etməkdədir.

Chosen
8
2
manset.az

3Sources