EN

Azad edilmiş torpaqlarda aparılan işlər xüsusi xarakter daşıyır



Möhtərəm Prezidentimiz cənab İlham Əliyev 4 oktyabr 2024-cü il tarixində Cəbrayılda şəhərin işğaldan azad olunmasının dördüncü ili münasibətilə çıxış edib.
Cəbrayıl işğaldan azad olunmuş ilk şəhərimizdir. Dörd il əvvəl məhz bu gün Ali Baş Komandan müjdəli xəbəri vermişdi. Cəbrayılın işğaldan azad olunmasının çox böyük əhəmiyyəti olmuşdur. Bu əməliyyat həm müharibənin sonrakı taleyinə müsbət təsir göstərdi, həm də ordumuzda və xalqımızda ruh yüksəkliyini artırdı. Müzəffər ordumuzun şanlı zəfər yürüşü bundan sonra daha da sürətlənmişdi. Ardıcıl olaraq Hadrut, Füzuli, Zəngilan, Qubadlı və nəhayət 8 noyabrda Şuşa işğaldan azad edilmişdir. Sonda Ermənistan 10 noyabrda kapitulyasiya aktına imza atmağa məcbur oldu.
Cəmi 4 ildə baş vermiş dəyişikliklər uğurlu və sistemli bərpa-quruculuq prosesinin nəticəsidir. “Cəbrayıl rayonunun inkişafı ilə bağlı çox önəmli gündür. Çünki bu gün artıq bir neçə obyektin təməli qoyuldu. Bu obyektlərin inşası zamanı və inşaatından sonra fəaliyyəti zamanı bir çox sosial-iqtisadi məsələlər, ilk növbədə, təhlükəsizliklə bağlı tədbirlər öz həllini tapacaq” – deyə dövlətimizin başçısı qeyd edib.
Dövlət başçısının Cəbrayıl şəhərində səsləndirdiyi fikirlər, torpaqlarımızın
işğaldan azad edilməsi prosesi ilə bağlı bütün önəmli məqamlara diqqət çəkməklə yanaşı, ölkəmizə qarşı uzun illərdən bəri aparılan böhtan və qarayaxma kampaniyalarının mahiyyətini bütün detalları ilə ifadə edir və dünyadakı mövcud mənzərəni göz önündə sərgiləyir.
Azərbaycan torpaqlarının işğal altında qaldığı 30 ilə yaxın bir zaman kəsiyindtəcavüzkar, vandal, dəhşətli və amansız müharibə cinayətlərinə yol verən, azərbaycanlılara qarşı soyqırım aktları həyata keçirən Ermənistana qarşı heç bir sanksiya tətbiq etməyən, əksinə işğalın davam etməsinə çalışanların bu gün ölkəmizə
qarşı sanksiya çağırışları siyasi ikiüzlülüyün, riyakarlığın bariz nümunəsidir.
Cənab Prezident Fransanın, Birləşmiş Ştatların və onların əlaltılarının eyni mərkəzdən idarə olunan təsisatlarının ölkəmizə qarşı nümayiş etdirdikləri davranışları nankorluq kimi qiymətləndirdi.
Qərbin məqsədi Cənubi Qafqazda vəziyyəti yenidən qarışdırmaqdır. Ermənistanın "saziş imzalayaq" hay-küyü ilə əslində real sülhdən uzaqlaşması, Bakının haqlı tələblərini yerinə yetirməkdən imtina etməsi danılmaz faktdır. Ermənistanın davamlı silahlanması və Qərb ölkələri ilə hərbi təlimlər keçməsi də bunun isbatıdır. Son günlər separatçı tör-töküntülərin aktivləşməsi də müşahidə olunur. Məhz belə məqamda cənab Prezident İlham Əliyev Cəbrayılda sakinlərlə görüşündə Ermənistana növbəti dəfə xəbərdarlıq edib. Ermənistan hər davranışı ilə nümayiş etdirir ki, sülh ritorikasında səmimi deyillər. Professorun sözlərinə görə, onsuz da Ermənistanın bir dövlət kimi mahiyyətinə ötən illər ərzində çox yaxşı bələd olmuşuq.
Bildiyimiz kimi cənab Prezidentimiz azad olunan ərazilərdə aparılan işlərlə bağlı bütün prosesləri ən xırda detallarına qədər nəzarətdə saxlayır, şəhər və qəsəbələri gəzərək həm xalqımız, həm də dünya ictimaiyyətinə mühüm mesajları verir. Bu mənada Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın ölkəmiz üçün gördükləri işlər böyük əhəmiyyət daşıyır. Bu gün işğaldan azad edilən torpaqlarda bütün infrastrukturun, ümumilikdə rayon və şəhərlərimizin modern əsaslarda yenidən qurulması yaxın gələcəkdə Qarabağın cənnətə çevriləcəyindən xəbər verir.

Nicat Ələsgərli
Chosen
19
newscenter.az

1Sources