EN

Qərb Zaqafqaziyada xaos yaratmağa çalışır, region ölkələri bu cəhdlərə qarşı mübarizə aparmalıdırlar. Bu barədə bazar ertəsi RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Biz kollektiv Qərbin, NATO blokunun bulanıq suda balıq tutmaq arzusunu görürük", deyə o qeyd edib.

"Qərbin xaosu idarə etmək istəyi ilə əlaqədar dünyanın müxtəlif nöqtələrində gedən ümumi destabilizasiyanın bizim regionumuza sıçramaması üçün əlimizdən gələni etməliyik", deyə Zaxarova bildirib.

"Biz burada sülhü qorumağa birlikdə o qədər güc sərf etmişik ki, bu növbəti manipulyatorların idarə olunan xaos siyasətlərini yaymasına imkan verməmək üçün əlimizdən gələni etməliyik".

Qoynunda bıçaq daşıyanlara "regionumuzdan rədd olun" deməliyik, deyə o bildirib.

Chosen
8
turan.az

1Sources