EN

Rusiya XİN: "İqlim gündəliyi son onilliklər ərzində siyasiləşdirilir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"İqlim gündəliyi son onilliklər ərzində siyasiləşdirilir".
"Report" xəbər verir ki, bunu ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova MDB Xarici İşlər Nazirləri Şurasının iclasının kuluarlarında deyib.
O qeyd edib ki, iqlim mövzusu güclü manipulyasiya alətinə çevrilib.
"Biz görürük ki, son illərdə və hətta onilliklərdə iqlim gündəliyi sadəcə olaraq siyasiləşdirilir. İqlim çox vaxt açıq-aşkar yalanlarla manipulyasiya meydanına çevrilir. Mövqeləri bəzən bir-birinə tamamilə zidd olan ölkələrin iqlim arenasında çıxış etməsi təəccüb doğurur. Onlar gah sənədləri imzalamağa çağırır, gah onlardan imtina edir, gah da yenidən qayıdaraq hamını öz arxalarınca çağırırlar", - M.Zaxarova vurğulayıb.
Chosen
22
50
oxu.az

10Sources