KXDR yenidən zibillə dolu olduğu güman edilən hava şarlarını Koreya Respublikasına doğru havaya atıb. Bu barədə Cənubi Koreya paytaxtının meriyası məlumat yayıb.
Cari kampaniya mayın sonundan bəri 25-cidir. Ümumilikdə bu müddət ərzində KXDR ərazisindən 5 mindən çox hava şarı buraxılıb. Əvvəlki buraxılış oktyabrın 4-də baş tutub.
Bundan əvvəl Pxenyan xəbərdarlıq etmişdi ki, Cənubi Koreyanın qeyri-kommersiya təşkilatları tərəfindən KXDR-ə təbliğat vərəqələri atılmasını cavabsız qoymayacaq.
Oxuməni.az