HƏMAS tərəfindən İsrailə Qəzzanın cənubundakı Xan Yunis şəhərindən beş raket atılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
İki nəfərin yaralandığı bildirilib.
Qəzza zolağından atılan mərmilərə görə Tel-Əvivdə və İsrailin mərkəzində həyəcan siqnalları səslənib.
Qeyd edək ki, HAMAS İsrailin mərkəzinə atılan raket hücumuna görə məsuliyyəti öz üzərinə götürərək, Tel-Əvivi hədəf aldığını bildirib