EN

İran hərəkətə keçdi: Qərargah yaradılır – Yeni plan var 

İran parlamentinin Xarici Siyasət və Milli Təhlükəsizlik üzrə Komissiyası ABŞ və İsrailin hücumuna qarşı rəsmi ittifaq yaratmaq istəyir.

Komissiyanın xüsusi olaraq “Müqavimət Paktı” adlanan qanun layihəsinin üzərində işlədiyi bildirilir.

Bu pakta əsasən, Yaxın Şərq ölkələri və müqavimət hərəkatlarından ibarət hərbi və iqtisadi dəstək məqsədli ittifaq yaradılmalıdır.

Tehranın hazırladığı sənəddə qeyd olunur ki, yeni ittifaqın operativ qərargahı olmalı və o, hərbi əməliyyatları idarə etməlidir. Üstəlik, sənəddə planın reallaşdırılması ilə bağlı məsuliyyətin İran Milli Təhlükəsizlik Şurasına həvalə ediləcəyi bildirilib.

İran mətbuatı yazır ki, “Müqavimət Paktı”na qoşulmaq üçün müraciət ərizəsinə də məhz Təhlükəsizlik Şurası baxacaq./Globalinfo.az 

Chosen
27
1
referans.az

3Sources