EN

Başda ABŞ olmaqla Fransa Ermənistanı silahlandırır



ABŞ-ın Azərbaycana artan təzyiqlərinin arxasında bu ölkədə erməni lobbisinin davamlı təzyiqləri dayanır. Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın davamlı quruculuq işləri aparması regionda güc balansını Azərbaycanın xeyrinə daha da artırmış olur. Ermənistanı dəstəkləyən Qərb dövlətləri, erməni lobbisi hər vəchlə çalışırlar ki, bu reallığı dəyişsinlər, ABŞ Konqresi və Dövlət departamentinin vasitəsi ilə ölkəmizə təzyiqi artırırlar, Qarabağı tərk etmiş erməni əhalisinin hüquqlarını süni şəkildə gündəmə gətirməklə başda ABŞ olmaqla Fransa Ermənistanı silahlandırır və ölkəmizə qarşı həm hərbi, həm də ideoloji müstəvidə hücumları artırır. Amerikada erməni lobbisinin məqsədi seçki və COP29 öncəsi Azərbaycana qarşı daha çox təzyiq mexanizmləri formalaşdırmaq, regionda mümkün ola biləcək sülhlə bağlı razılaşmaları pozmağa hesablanıb. Çünki Azərbaycan sülhlə bağlı real təşəbbüsləri irəli sürür və bütün bunlar beynəlxalq miqyasda dəstəklənir.

Vüqar Əhmədov, politoloq
Chosen
11
newscenter.az

1Sources