EN

Hindistan klubu Asiya Çempionlar Liqasından qovulub

Hindistanın \"Mohun Baqan” klubu Asiya Çempionlar Liqasının II Divizionundan qovulub.

Bu barədə Asiya Futbol Konfederasiyasının rəsmi saytı məlumat yayıb.

Buna \"Mohun Baqan”ın Çempionlar Liqasının II turunun \"Traktor\"la oyun üçün Təbrizə gəlməməsi səbəb olub.

Sözügedən qarşılaşma oktyabrın 2-də baş tutmalı idi.

Qeyd edək ki, \"Mohun Baqan\" altıqat Hindistan çempionu və son ölkə çempionatının qalibidir.
 
///report
Chosen
19
8
azxeber.com

10Sources