EN

"Umico (Competo MMC)" işçi axtarır - VAKANSİYA

Umico (Competo MMC)

Senior Budgeting and Reporting Specialist

Son tarix 07 noy 2024 - [email protected]

Şirkət haqqında

Umico (Umico.az) Azərbaycanda “SuperApp” sinfinə aid olan ilk mobil tətbiqdir. Marketpleys, loyallıq proqramı və maliyyə xidmətləri bir tətbiqdə. O, istifadəçilərə bütün alış-verişlərdən bonus qazanmağa və onlayn alış-veriş etməyə imkan verir. Məqsədimiz Azərbaycanda bir nömrəli alış-veriş tədbiqi olmaqdır.

Vəzifə öhdəlikləri:

  • İllik büdcələrin və proqnozların hazırlanmasına rəhbərlik etmək.
  • Fərqləri təhlil edib və rəhbərliyə məlumatı təqdim etmək.
  • Aylıq, rüblük və illik maliyyə hesabatlarını hazırlamaq və təqdim etmək. (BMHS və İdarəetmə hesabatları)
  • Maliyyə hesabatları standartlarına (BMHS/GAAP) uyğunluğu təmin etmək.
  • Məlumat toplamaq və maliyyə hesabatı proseslərini təkmilləşdirmək üçün müxtəlif departamentlərlə əməkdaşlıq etmək.
  • Strateji maliyyə təhlili və qərarların qəbulu üçün dəstək təmin etmək.
  • Maliyyə hesabatlarına baxış/audit zamanı kənar audit əməliyyatlarının əlaqələndirilməsi.
  • Büdcə və Hesabat Rəhbərinin digər tapşırıqları

Namizəd üçün tələblər:

  • Maliyyə, Mühasibatlıq və ya müvafiq sahədə bakalavr dərəcəsi (ACCA və digər beynəlxalq sertifikatlara üstünlük verilir).
  • Büdcə tərtibatı və maliyyə hesabatları üzrə minimum 2-3 il təcrübə.
  • Minimum ACCA F3, F7 olması
  • Word, Excel, 1C və Power Point proqram biliyi
  • Azərbaycan, rus və ingilis dillərini bilməli
  • Maliyyə modelləşdirməsi və qabaqcıl Excel bacarıqları.
  • IFRS/GAAP standartlarını yaxşı başa düşmək.
  • 1C proqram təminatı ilə iş təcrübəsi
  • Əla analitik və ünsiyyət bacarıqları.
  • Məsuliyyətli və diqqətçil

Şərtlər :

  • İş rejimi: 5/2
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq
  • İş yeri : Baku White Office

Bizim komandaya qoşulmaq istəyən namizədlərdən xahiş olunur ki,  cv-ni " Senior Budgeting and Reporting Specialist " mövzu hissəsində qeyd etməklə [email protected] elektron poçtuna göndərsinlər. 

Chosen
54
fed.az

1Sources