EN

Hamilə olduğu üçün öldürübmüş - Ölümündən əvvəl məktuba nə yazıb? - Foto

Bərdədə itkin düşən qızın ölümü ilə bağlı bəzi detallar məlum olub.

 Kənan Əhmədli Sevinc Abbaslıya təcavüz edib. S.Abbaslının hamilə olduğunu öyrənən K.Əhmədli onu qətlə yetirib.Daha sonra məktub yazaraq intihar edib. / Oxu.az

***

Bərdədə 15 yaşlı Sevinc Abbaslının qətlində şübhəli bilinərək istintaqdan yayınan şəxsin meyiti tapılıb.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət əməlinin 1993-cü il təvəllüdlü Əhmədli Kənan İlyas oğlu tərəfindən törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Əhmədli Kənanın meyiti oktyabrın 7-si Qarabağ kanalından polis əməkdaşları tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. 31 yaşlı Kənanın hansı şəraitdə kanala düşməsi, qətlə yetirilməsi və ya intihar etməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Chosen
140
3
show.az

10Sources