EN

Yasamalda avtomobil işıqfora çırpılıb

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib...

APA xəbər verir ki, qəza Abbas Mirzə Şərifzadə və Heydər Hüseynov küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, idarəetməni itirən "Ford Fusion" markalı minik avtomobilinin sürücüsü nəqliyyat vasitəsini yol kənarındakı işıqfora çırpıb.

Nəticədə işıqfor sıradan çıxıb, yol təsərrüfatına ziyan dəyib.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

Fotolar

Poliqon.info

Chosen
37
7
poliqon.info

8Sources