EN

Yasamalda avtomobil işıqfora çırpıldı - FOTO

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, qəza Abbas Mirzə Şərifzadə və Heydər Hüseynov küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, idarəetməni itirən "Ford Fusion" markalı minik avtomobilinin sürücüsü nəqliyyat vasitəsini yol kənarındakı işıqfora çırpıb.

Nəticədə işıqfor sıradan çıxıb, yol təsərrüfatına ziyan dəyib.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.



Bizim.Media

Chosen
23
7
bizim.media

8Sources