Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Türkiyədə səfərdədir. Manset.az xəbər verir ki, o, ölkənin vitse-prezidenti Cevdet Yılmazla görüşəcək. E.Tatar Türkiyənin Ankara, Samsun və Trabzon şəhərlərində olacaq, bir sıra tədbirlərdə iştirak edəcək. ŞKTC Prezidenti, həmçinin bəzi universitetlərdə çıxış edəcək.