EN

Rəqibi "Napoli" azarkeşlərini pivəyə qonaq edəcək

İtaliyanın "Komo" klubu "Napoli" ilə növbəti görüşdə rəqib azarkeşlərini pulsuz pivəyə qonaq edəcək.

Fanat.Az xəbər verir ki, A Seriyası təmsilçisi bu barədə qərarını sosial şəbəkə hesabı vasitəsilə elan edib.

Oktyabrın 4-də "Napoli" A seriyasının 7-ci turunun matçında evdə "Komo"ya qalib gəlib - 3:1. Amma qonaqlar xoş qarşılanmadan və matçdakı ab-havadan o qədər məmnun qalıblar ki, komandaların növbəti oyununda partenopiyalı azarkeşləri sevindirəcəklərinə söz veriblər. "Komo" bununla "Napoli" və onların azarkeşlərinə təşəkkür etmək istəyir:

"Maradona Stadionu"ndakı ab-hava və azarkeşlərinin reaksiyası digərlərinə oxşamadı. Buna görə də "Komo" "Stadio Giuseppe Sinigaglia"-da keçiriləcək cavab matçına qatılan hər bir "Napoli" azarkeşi üçün pivə pulunu ödəyəcək”.

Qeyd edək ki, komandalar arasında ikinci oyun 23 fevral 2025-ci ildə, 26-cı tur çərçivəsində baş tutacaq.

Mirağa 

Chosen
22
fanat.az

1Sources