EN

Məşhur Məmmədov şəhid ailəsini ziyarət edib

Milli Məclisə Vl çağırış dövründə Masallı Şəhər  70 saylı Seçki Dairəsinə daxil olan ərazilərlə yanaşı, Masallıdan olan şəhidlərimizin dəfn və yas mərasimlərində iştirak, qəbul-görüşlərdə şəhid ailələrinin qəbulu və onları narahat edən məsələlərin həllinə çalışmaq hər zaman mənim üçün prioritet olub.

Bu dəfə mənə Masallı şəhər 74 saylı seçki dairəsindən etimad göstərildi.

Rayondakı fəaliyyətimə dairəyə daxil olan şəhid ailələrini ziyarətlə başladım. Vətən Müharibəsinin ildönümünə düşən bu ərəfələrdə 20 şəhid ailəsinin hər birinin ailəsi ilə evlərində görüşdüm, qayğıları ilə maraqlandım, qəhrəman şəhidlərlə bağlı xatirələri dinlədim.

Sonuncu getdiyim ünvan Masallı rayonunun Öncəqala kəndinin şəhidi Elçin Qismət oğlu Novruzovun ailəsinin ziyarəti oldu.

Azərbaycan Silahlı Qüvvələrinin şəhid əsgəri Elçin Novruzovun ailəsini ziyarət edərkən dövlətin hər zaman onların yanında olduqlarını bildirdim. 

Şəhid ailəsi nikbin idi, onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını ifadə etdilər.

Vətən müharibəsinin şəhidi Elçin Qismət oğlu Novruzov «Vətən uğrunda», «Füzulinin azad olunmasına görə» və «Döyüşdə fərqlənməyə görə» medalları ilə təltif olunub.

Azərbaycan xalqı öz qəhrəman övladlarını heç zaman unutmayacaq. Allah bütün şəhidlərə rəhmət eləsin! 

Məşhur Məmmədov 
Milli Məclisin deputatı

Chosen
37
1
sabahinfo.az

2Sources