EN

Məşhur Məmmədov şəhid ailələrinin qayğıları ilə maraqlanır

Milli Məclisə Vl çağırış dövründə Masallı Şəhər  70 saylı Seçki Dairəsinə daxil olan ərazilərlə yanaşı, Masallıdan olan şəhidlərimizin dəfn və yas mərasimlərində iştirak, qəbul-görüşlərdə şəhid ailələrinin qəbulu və onları narahat edən məsələlərin həllinə çalışmaq hər zaman mənim üçün prioritet olub.

Bu dəfə mənə Masallı şəhər 74 saylı seçki dairəsindən etimad göstərildi.

Rayondakı fəaliyyətimə dairəyə daxil olan şəhid ailələrini ziyarətlə başladım. Vətən Müharibəsinin ildönümünə düşən bu ərəfələrdə 20 şəhid ailəsinin hər birinin ailəsi ilə evlərində görüşdüm, qayğıları ilə maraqlandım, qəhrəman şəhidlərlə bağlı xatirələri dinlədim.

Sonuncu getdiyim ünvan Masallı rayonunun Öncəqala kəndinin şəhidi Elçin Qismət oğlu Novruzovun ailəsinin ziyarəti oldu.

Azərbaycan Silahlı Qüvvələrinin şəhid əsgəri Elçin Novruzovun ailəsini ziyarət edərkən dövlətin hər zaman onların yanında olduqlarını bildirdim.

Şəhid ailəsi nikbin idi, onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını ifadə etdilər.

Vətən müharibəsinin şəhidi Elçin Qismət oğlu Novruzov «Vətən uğrunda», «Füzulinin azad olunmasına görə» və «Döyüşdə fərqlənməyə görə» medalları ilə təltif olunub.

Azərbaycan xalqı öz qəhrəman övladlarını heç zaman unutmayacaq. Allah bütün şəhidlərə rəhmət eləsin! 

Məşhur Məmmədov
Milli Məclisin deputatı

*****

Şəhid Nurlan Malikovun ailəsini Masallı rayonunun Öncəqala kəndində ziyarət etdik.
Azərbaycan Ordusunun əsgəri Nurlan Dünyamalı oğlu Malikov Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda Füzuli və Qubadlıda gedən döyüşlərdə iştirak edib. Nurlan Malikovun üzvü olduğu dəstə Zəngilandan Qubadlıya hərəkət edərkən düşmənin hücuma məruz qalıb. Şəxsi heyətin bir hissəsi şəhid olmuş, Nurlan isə itkin düşmüşdür. Şəhidin nəşi ölümündən təxminən 70 gün sonra tapılaraq Masallı rayonunun Öncəqala kənd qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Nurlan Dünyamalı oğlu Malikov “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”
medalları ilə təltif edilib.
Ailə üzvləri ilə söhbət zamanı bildirdilər ki, Nurlan aprel döyüşlərindədə çox fəal iştirak edib. Pilotsuz uçuş aparatını məhv edərək fəxri fərman almışdı.
Chosen
5
1
xalq.az

2Sources