EN

İsrail ordusu "Hizbullah" üzvünü öldürdü

İsrailin Müdafiə Ordusu Beyruta aviazərbələr nəticəsində "Hizbullah" qruplaşmasına İrandan silah təchizatına məsul Süheyl Hüseyninin öldürüldüyünü bildirir.

"The Times of Israel" orduya istinadla yazır ki, Hüseyni həm silah daşınması, həm də onun "Hizbullah"ın bölmələri arasında bölüşdürülməsinə nəzarət edirdi. O, həmçinin "Hizbullah"ın vacib layihələrinin büdcəsinin tərtibi və maddi-texniki təchizatına cavabdeh idi. Buraya İsrailə qarşı əməliyyatları da əhatələyən "ən həssas layihələr" də daxildir.

Hüseyni "Hizbullah"ın ali hərbi orqanı olan Cihad Şurasının da üzvü idi.

ÃœlviyyÉ™, Hurriyyet.az

Chosen
19
hurriyyet.az

1Sources