EN

“Qlobal İnnovasiya İndeksi 2024”də texnologiya və innovasiyalarla bağlı göstəricilər ətraflı təhlil olunub (FOTO)

Bakı. Trend:

Oktyabrın 8-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrəKomissiyanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərliketdiyi “Texnologiya və innovasiyalar” işçi qrupunun növbəti iclasıkeçirilib.

Trend xəbər verir ki, iclasdaKomissiya Katibliyinin rəhbərliyi, işçi qrupun rəhbəri və üzvləri,özəl sektor iştirakçıları və media nümayəndələri iştirakediblər.

Sözügedən iclasda “Texnologiya və innovasiyalar” işçi qrupununcari il ərzində fəaliyyəti, eyni zamanda 26 sentyabr tarixində dərcedilmiş “2024-cü il üzrə Qlobal İnnovasiya İndeksi”nin (Qİİ-2024)nəticələri ətraflı şəkildə müzakirə olunub.

Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev açılış çıxışıedərək ölkənin Qlobal İnnovasiya İndeksindəki göstəricilərininyaxşılaşdırılmasında işçi qrupun fəaliyyətinin mühüm rol oynadığınıqeyd edib. Bu istiqamətdə həm işçi qrup daxilində, həm də digərqrup və altqruplarla əməkdaşlığın və kommunikasiyanındavamlılığının vacibliyini vurğulayıb.

İşçi qrupun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirininmüavini Samir Məmmədov bildirib ki, cari il üzrə icra müddətləriyaxınlaşan və ya bitən tədbirlərin statusları barədə işçi qrupuçərçivəsində kommunikasiya davamlı aparılıb. Bunun nəticəsi olaraq“Qİİ-2023” hesabatında qiymətləndirilməsi mümkün olmayan 6 altindikator üzrə məlumatlar müəyyən edilib və “Qİİ-2024” hesabatındadərc olunub.

Samir Məmmədov işçi qrupun iclasında dövlət qurumlarının və özəlsektor nümayəndələrinin iştirakının növbəti aylar üzrə hədəflərinmüəyyənləşdirilməsinə töhfə verdiyini vurğulayıb.

Daha sonra iclasın gündəliyinə uyğun olaraq, dövlət qurumlarınınnümayəndələri tərəfindən 2024-cü ilin 9 ayı ərzində görülmüşişlərin hesabatları və növbəti rüb qarşıya qoyulmuş hədəflər,həmçinin “Qİİ-2024” hesabatının aidiyyəti alt indikatorlarımüzakirə edilib.

İclasda səsləndirilmiş fikirlər əsasında işçi qrupu tərəfindənmüvafiq təkliflər verilib və qərarlar qəbul olunub.

Məlumat üçün qeyd edək ki, Biznes mühiti və beynəlxalqreytinqlər üzrə Komissiyanın “Texnologiya və innovasiyalar” işçiqrupuna rəhbərliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyatakeçirir (https://azranking.az/az/working-groups).

“Qlobal
“Qlobal
“Qlobal
Chosen
7
5
az.trend.az

10Sources