EN

Levandovski: “Ronaldo 40 yaşında da möhtəşəm ambisiya göstərir”

“Barselona” və Polşa millisinin futbolçusu Robert Levandovski Kriştiano Ronaldo haqda danışıb.

Bizim.Media xəbər verir ki, bu barədə insayder Fabrizio Romano “X” hesabında paylaşım edib. 

36 yaşlı hücumçu Polşa - Portuqaliya millilərinin qarşılaşmasından öncə deyib:

“Kriştiano Ronaldonun karyerası ərzində çatdığı nailiyyətləri və öz rekordları ilə futbol tarixini necə formalaşdırdığını yaxşı bilirəm. Bu, şübhəsiz ki, futbol tarixinə həkk olunacaq. 39 yaşında, demək olar ki, 40 yaşında o, hələ də möhtəşəm ambisiya göstərir”.

Qeyd edək ki, sözügedən oyun 12 oktyabrda keçiriləcək. 

Bizim.Media

Chosen
10
bizim.media

1Sources