EN

İsrail Livanın cənubunda əsas su təchizatını VURDU

İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri Litani çayından qidalanan və Livanın cənubunda 6 min hektar kənd təsərrüfatı sahəsini təmin edən əsas su kəmərinə zərbələr endirib.

Publika.az bu barədə “Litani” idarəetmə şirkətinin bəyanatına istinadla xəbər verir.

Bildirilib ki, su kanalı Ərzi rayonunda Qasımiyyə suvarma layihəsi istiqamətində gedir. İdarəetmə şirkətinin məlumatına görə, kanalın ötürmə qabiliyyəti sutkada 260 min kubmetr su təşkil edir.

Bəyanatda İsrailin hərəkətləri beynəlxalq humanitar hüququ pozan cinayət adlandırılıb.

Qeyd olunur ki, Livan hakimiyyəti kənd təsərrüfatı torpaqlarının və yolların su basmasının qarşısını almaq üçün tədbirlər görüb.

Chosen
11
50
publika.az

10Sources