EN

Kamala Harrisin zinət əşyalarının qiyməti MÜZAKİRƏ YARATDI

Demokratlardan ABŞ prezidentliyinə namizəd və ölkənin vitse-prezidenti Kamala Harrisin taxdığı zinət əşyalarının qiyməti müzakirəyə səbəb olub. 

News24.az  “Daily Mail”-ə istinadən xəbər verir ki, Kamala Harris təvazökar orta səviyyəli qadın imicindən sui-istifadə etməkdə günahlandırılır. 

Məlumata görə, o, qiyməti 200 min dollardan çox olan zinət əşyaları taxır.

Buna misal olaraq siyasətçinin kolleksiyasına 18,5 min dollar dəyərində qızıl “Tiffany” boyunbağı və 3 model “Cartier saatı”, o cümlədən 16,5 min dollara polad və qızıldan hazırlanmış “Ballon Bleu” daxildir. Bundan əlavə, Harrisin Los-Ancelesdən olan məşhur zərgər İrene Neuvirtdən bir neçə eksklüziv mirvari zinət əşyaları var.

Dərc olunan yazıda Demokratların namizədi kimi zərgərlik kolleksiyası yaratmağa hər kəsin imkanı olmadığı vurğulanıb. 

Teymur Məmmədov



Chosen
32
13
news24.az

10Sources