EN

Harrisin zinət əşyalarının qiyməti açıqlandı

Demokratlar Partiyasından prezidentliyə namizəd və ölkənin vitse-prezidenti Kamala Harris dəyəri 200 min dollardan çox olan zinət əşyaları taxır.

Teleqraf.com xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.

Məlumata görə,siyasətçinin kolleksiyasına 18,5 min dollar dəyərində qızıl "Tiffany" boyunbağı və 16,5 min dollara polad və qızıldan hazırlanmış "Ballon Bleu" da daxil olmaqla, "Cartier" saatlarının üç modeli daxildir.

Bundan əlavə, Harrisin Los-Ancelesdən olan məşhur zərgər İrene Neyvirtdən bir neçə eksklüziv mirvari zinət əşyaları var .



Müəllif: Arzu
Chosen
8
13
teleqraf.com

10Sources