Həmas Qəzza zolağında tam atəşkəs əldə olunmayana qədər əsir və girovların dəyişdirilməsini mənasız hesab edir.“İstənilən razılaşma tam və dərhal atəşkəs və İsrail qoşunlarının Qəzzadan çıxarılması ilə başlamalıdır. O vaxta qədər məhbus mübadiləsi sövdələşməsindən danışmağın mənası yoxdur. Qoy onlar düşünməyə davam etsinlər ki, müqavimət zəifdir, lakin düşmənə dərs verə biləcək çoxlu cəbhələr hələ də var”, - HƏMAS-ın Livandakı siyasi rəhbərliyinin nümayəndəsi Ayman Şanaa RİA Novosti-yə bildirib.O, hərəkatın atəşkəsə hazır olduğunu, lakin İsrailin baş naziri Binyamin Netanyahunun mövqeyinə görə danışıqların nəticə vermədiyini qeyd edib.2023-cü il oktyabrın 7-də İsrailə hücumdan sonra HƏMAS-ın hələ də Rusiya vətəndaşları da daxil olmaqla 100-dən çox girovu var.Eltun Məmmədov
Diqqət Çəkənlər
Rusiyalı idmançı Barselonada yarış zamanı dünyasını dəyişib
İranda Dengi qızdırmasına yoluxanların sayı 221 nəfərə çatıb
İranda partlayış səsləri eşidilib