Oktyabrın 9-da ABŞ prezidenti Co Bayden ilə İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olacaq.
Missiya.Az xəbər verir ki, bu barədə “Axios" 3 amerikalı rəsmiyə istinadən məlumat yayıb.
Bildirilir ki, liderlər İsrailin İrana mümkün hücumunun nüanslarını müzakirə edəcəklər.
Rəsmilərdən biri deyib: “Biz bu telefon danışığından İsrailin intiqamının sərhədlərini müəyyən etməyə çalışmaq istəyirik”.
Onun sözlərinə görə, Vaşinqton əmin olmaq istəyir ki, İsrail İranda mühüm hədəflərə hücum edir.
Daşqın HəsənovMissiya.Az