EN

Havanı təmizləyən və elektrik enerjisi istehsal edən süni bitki ixtira olunub

Alimlər eyni zamanda həm havanı təmizləyən, həm də smartfonları gücləndirmək üçün kifayət qədər elektrik enerjisi istehsal edə bilən süni bitki ixtira ediblər.

"Unikal" xəbər verir ki, bu barədə araştırmanı Amerikanın Binghamton Universitetinin tədqiqatçıları aparıblar.

Aparılan tədqiqatlar nəticəsində alimlər beş bioloji günəş batareyası və fotosintetik bakteriyalardan istifadə edərək süni yarpaq yaratmağa nail olublar.

Beş süni yarpaqlı sınaq obyektinin elektrik və oksigen istehsal edə və karbonu təbii bitkilərdən daha səmərəli şəkildə çıxara bildiyi açıqlanıb.

Məlum olub ki, süni bitki təbii olanlarla eyni ehtiyaclara malikdir. O su və qida maddələrinə ehtiyac duyur.

Alimlər bu ixtiranın daha geniş şəkildə istifadə edilə biləcəyinə ümid etdiklərini bildiriblər.

Zərifə Nağıyeva 

Chosen
108
16
unikal.az

10Sources