"Qəzza zolağında fələstinlilərə qarşı soyqırımı dayandırmaq üçün İsraillə münaqişə bölgələrini genişləndirməkdən başqa heç bir yol yoxdur".
Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bunu HƏMAS-ın idarəçilərindən Sami Əbu Zuhri deyib.
Onun sözlərinə görə, İsrailin Qəzzada soyqırımını dayandırmaq üçün cəbhələri genişləndirməklə,Qəzzaya dəstək olmaq və İsrailə Qəzzanı tərk etməsi üçün təzyiq göstərmək mümkün olacaq:
"Bizim Fələstini azad etmək üçün döyüşməkdən başqa çarəmiz yoxdur. Fələstin istisna olmaqla, dünyanın bütün ölkələrinin təhlükəsizliyi və müstəqilliyi var. Fələstin torpaqlarının işğal altında qalması artıq qəbuledilməzdir".
Gülşən Şərif