EN

Britaniyanın iqlim məsələləri üzrə naziri Bakıda PreCOP tədbirlərində iştirak edəcək

Bakı. Trend:

Böyük Britaniyanın iqlim məsələləri üzrə naziri Kerri Makkartihazırda Azərbaycanda səfərdədir.

Trend xəbərverir ki, bu barədə Böyük Britaniya və Şimali İrlandiya BirləşmişKrallığının Azərbaycandakı səfiri Ferqus Auld videomüraciətdəbildirib.

Səfir qeyd edib ki, nazir K.Makkarti Bakıda PreCOP ilə bağlıtədbirlərdə Böyük Britaniya nümayəndə heyətinə rəhbərlikedəcək.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası builin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötənil dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbuledilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən YerSammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsininqarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference ofParties) abbreviaturası İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqanolan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cürrazılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilinmartında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Chosen
39
5
az.trend.az

10Sources