EN

"Əl Nəsr"in futbolçusu sıx oyun qrafikindən narazıdır

“Əl Nəsr”in futbolçusu Aymerik Laport mətbuata açıqlamasında sıx oyun qrafiki ilə bağlı narazılığını ifadə edib.

90deqiqe.Az xəbər verir ki, İspaniya millisinin müdafiəçisi xarici mediaya verdiyi açıqlamada bildirib: “Çox oyun var, belə olmaz. Sıx qrafikdəyik və hədsiz çox matç keçirilir. Bunun qarşısını almaq üçün tətil etmək lazımdır”.

Daha əvvəl Kevin de Bruyne, Alisson Bekker, Rodri kimi futbolçular sıx qrafikdən narazılığını bildirib.

 

Chosen
6
90deqiqe.az

1Sources