EN

Azərbaycanlılar TƏHLÜKƏDƏ – təxliyə BU TARİXDƏ BAŞLANACAQ!

Azərbaycan vətəndaşlarının Livandan təxliyəsi ilə bağlı rəsmi Bakının diplomatik nümayəndəliyinə müraciət olmayıb. Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd edək ki, Türkiyə oktyabrın 9-da vətəndaşlarını Livandan təxliyə edəcək. Buna səbəb Yaxın Şərqdə gərginləşən vəziyyətdir.

İsrailin “Hizbullah” və HƏMAS-la müharibə aparması bəzi məsələləri gündəmə gətirib. Onlardan biri də Yaxın Şərqin bir neçə ölkəsinə səfərlərin dayandırılmasıdır.

Belə ki, Azərbaycanın milli aviadaşıyıcısı AZAL İsrailə uçuşları dayandırıb. Vəziyyətin kritik olduğu deyilir. Amma rəsmi qurumlar o ölkələrdəki vətəndaşların Azərbaycana gətirilmədiyini deyir./musavat


Chosen
61
2
news24.az

2Sources