EN

Bu il Kimya üzrə Nobel mükafatı onlara verildi

2024-cü il Kimya üzrə Nobel mükafatı laureatları məlum olub.

Azerforum.com bildirir ki, qaliblər İsveç Kral Elmlər Akademiyasında keçirilən konfransda açıqlanıb.

Devid Bayker tamamilə yeni zülal növləri yaratmaqla mükafata layiq görülüb.

Demis Hassabis və Con Camper isə mürəkkəb zülal strukturlarının proqnozlaşdırılması üzrə süni intellekt modeli hazırladıqları üçün mükafatlandırılıblar.

2023-cü il Kimya üzrə Nobel Mükafatı kvant nöqtələrinin kəşfi və sintezi üzrə işlərinə görə Moungi Gabriel Bawendi, Louis E. Brus və Aleksey İ. Ekimova verilmişdi.

1900-cü il iyunun 9-da isveçli Alfred Nobelin ölümündən sonra təsis edilən Nobel Fondunun bəşəriyyətə xidmət edənlərə verdiyi mükafatlar dünyanın ən nüfuzlu mükafatları hesab olunur.

Chosen
195
azerforum.com

1Sources