EN

Türk Hava Yollarında ölüm: Kapitan pilot uçuş zamanı həyatını itirdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türk Hava Yolları (THY) şirkətinin Sietl-İstanbul reysini həyata keçirən kapitan pilot İlçehin Pehlivan uçuş zamanı keçirdiyi narahatlıq səbəbindən dünyasını dəyişib.
Oxu.Az-ın "Haber Global"a istinadən xəbərinə görə, bu barədə Türk Hava Yollarının mətbuat müşaviri Yəhya Üstün məlumat verib.
"Sietl-İstanbul reysini həyata keçirən "Airbus 350" tipli təyyarəmizin kapitan pilotu İlçehin Pehlivan uçuş zamanı huşunu itirib. Təyyarədə kapitanımıza edilən ilk tibbi müdaxilə nəticəsiz qaldıqda, 1 kapitan və 1 köməkçi pilotdan ibarət kokpit komandası təcili eniş qərarına gəlib, ancaq kapitanımız enişdən sonra həyatını itirib", - deyə məlumatda bildirilib.
Təyyarə Nyu-Yorkda eniş edib, sərnişinlərin digər reyslə yola salınması planlaşdırılır.
Chosen
49
2
oxu.az

3Sources