ABŞ-ın avtomobil istehsalçısı “Tesla”nın Çində istehsal etdiyi elektromobillərin satışları sentyabr ayında 19,2% artıb.

İndex.az xəbər verir ki, Çin istehsalı olan “Model 3” və “Model Y” avtomobillərinin tədarükü ötən ayla müqayisədə 1,9% artıb.

“Tesla”nın Çin istehsalı olan avtomobilləri müxtəlif bazarlara, o cümlədən Avropaya ixrac edilir.

“Tesla”nın ən böyük rəqibi olan BYD, “Dynasty and Ocean EV” və “plug-in hibrid” seriyası ilə sentyabr ayında satışlarını yüksəldib.

Belə ki, BYD minik avtomobili satışlarında illik 45,56%-lik artım əldə edərək 417 min 603 avtomobil satıb.