"Qarabağ"ın daha bir legioneri milli komandaya dəvət olunub.
"Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisinin futbolçusu Patrik Andrade Kabo-Verde yığmasına çağırılıb.
31 yaşlı yarımmüdafiəçi Bostvana ilə matçlar üçün komandaya cəlb olunub.
Kabo-Verde millisinin Botsvana ilə görüşləri 10 və 15 oktyabr tarixlərində keçiriləcək.
Qeyd edək ki, bunadək "Qarabağ"ın legionerlərindən Marko Yankoviç Monteneqro millisinə, Yassin Benzya isə Əlcəzair yığmasına çağırılıb.