EN

Gündə Bakıda 300 mindən çox taksi daşıması həyata keçirilir - AYNA sədri

Bakı.Trend:

Gün ərzində Bakıda 300 mindən çox taksi daşıması həyatakeçirilir.

Trend xəbər verir ki, bunuAzərbaycanda sərnişin mobilliyinin transformasiyası mövzusundakeçirilən tədbirdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA)sədri Anar Rzayev deyib.

"Bu rəqəmə görə faiz çıxardıqda görürük ki, pis davranışlısürücülər, bir taksinin yerinə başqa birinin gəlməsi faizi çoxaşağıdır.

Belə hallar olub və olacaq. Belə sürücülərin az olmasının dasəbəbləri var. “Uber” və “”Bolt”da çalışan sürücülərin sifarişalması üçün həmin sürücünün AYNA-dan sertfikatı olmalıdır. Bizproqramla görə bilirik ki, taksi hansı nömrə ilə sifariş olunub vəbuna nəzarət edə bilirik.

Əgər icazəsi olmayan taksi sürücüsünə və nəqliyyat vasitəsinəsifariş ötürülürsə, biz həmin şirkəti 300 manatdan 20 min manataqədər cərimələyə bilirik. Bunu aşkarlaya da bilirik”, - deyə sədrqeyd edib.

Sədr, həmçinin taksi nəqliyyat vasitəsilə daşımalarda xidmətkeyfiyyəti ilə bağlı suala cavab olaraq bildirib ki, AYNAtərəfindən mütəmadi olaraq taksi sifarişi operatorları ilə görüşlərkeçirilir:

“Neqativ halların qarşısını almaq üçün onlara proqramtəminatının verdiyi üstünlüklərdən istifadə edərək preventivtədbirlərin görülməsi tapşırılıb. Məsələ AYNA tərəfindən nəzarətdəsaxlanılır. Eyni zamanda, sərnişinlər taksi sahəsindəqarşılaşdıqları müxtəlif problemlərlə bağlı AYNA-nın “141” ÇağrıMərkəzi və ya sosial şəbəkə hesabları üzərindən müraciət edəbilərlər. Qaydalara riayət etməyən 5000-dən çox sürücü daşımalardankənarlaşdırılıb”.

Chosen
22
13
az.trend.az

10Sources