EN

Klubu ilə uzun müddətə anlaşdı

Con Duran “Aston Villa”da hələ uzun müddət top qovacaq.

İngiltərə klubu futbolçusu ilə müqaviləni yeniləyib. Birmingemlilərin mətbuat xidmətinin məlumatına görə, 20 yaşlı kolumbiyalı hücumçunun yeni sözləşməsinin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub.

Duran “Aston Villa”da 2023-cü ildən çıxış edir. O, hazırda komandanın ən yaxşı bombardiridi: bütün turnirlərdə meydana çıxdığı 10 oyunda 6 qol vurub.

Chosen
37
football-plus.az

1Sources