EN

Azərbaycanda halal hotellər istifadəyə veriləcək (VİDEO)

Azərbaycana gələn xarici, eləcə də yerli müsəlman turistlər üçün halal hotellər istifadəyə veriləcək.


Statistik rəqəmlərə əsasən, hər il Azərbaycana müsəlman ölkələrindən 300 minə yaxın turist səyahət edir.


Halal turizm xidmətləri standartı müsəlman turistlər üçün təqdim olunan məhsul və xidmətlərin islam qaydalarına uyğun olması, yerli turizmin inkişafına töhvə verilməsi, həmçinin turistlərin müxtəlif mədəni və dini tələblərinin qarşılanması üçün nəzərdə tutulub.


Turizm ekspertləri bildirirlər ki, inkişaf etmiş bəzi müsəlman ölkələrində halal turizm konseptindən geniş istifadə olunur. Eyni zamanda bu konseptin Azərbaycanda da tətbiqi turizm sektorunun inkişafına şərait yaradacaq.


Qeyd edək ki, bu gündən beynəlxalq akkreditasiya tələblərinə cavab verən halal sertifikatlarının təqdim edilməsinə də başlanılıb.


Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik.

 

 


Chosen
3
8
qaynarinfo.az

9Sources