EN

“İndi məqsədimiz millinin xaricdəki oyunçularını Azərbaycana qaytarmaqdır"

"Klublarda işləri gücləndirmişik".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti və qadınlardan ibarət milli komandanın baş məşqçisi Faiq Qarayev jurnalistlərə açıqlamasında deyib.

O, avrokuboklar üçün hədəf müəyyənləşdirməyin vacibliyini vurğulayıb:

"Akademiyalarla bağlı işlər də yoluna qoyulacaq. Avrokuboklarda iştirak etməliyik. Amma iştirak ediriksə, ən azı 1/4 finala qədər yüksəlməliyik".

Təcrübəli mütəxəssis "milliləşdirmə" ilə bağlı sualı da cavablandırıb:

"Milliləşdirmə" bütün ölkələrdə var. Biz də bu yoldayıq. Hazırda məqsədimiz milli komandanın ölkə xaricində oynayan üzvlərini gələn ilə qədər Azərbaycana qaytarmaqdır".

Chosen
44
sportinfo.az

1Sources