Bakı. Trend:
“Neftçi” kolumbiyalı futbolçu Brayan Moreno ilə yollarınıayırıb.
Trend İdman.biz-əistinadən xəbər verir ki, tərəflər müqaviləyə qarşılıqlı razılıqəsasında xitam veriblər.
Bu ilin yanvarında transfer olunmuş Moreno “Neftçi”nin heyətində18 rəsmi oyun keçirib, 4 qol vurub.
Qeyd edək ki, zədəli olduğu üçün Morenonun adı 2024/2025mövsümünün iştirak ərizəsinə salınmayıb.