EN

Azərbaycanda avtobus qiymətləri hər km-ə görə hesablanacaq?

Azərbaycanda avtobus daşıyıcılarının fəaliyyəti ilə bağlı yeni konsept təqdim olunub.

Təqdim etdiyimiz sistem üzərində bütün hesablamalar qeydə alınıb.

Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev yol hərəkətinin təşkili istiqamətində yeni layihə ilə bağlı ictimai dinləmədə bildirib.

"Sistem çox sadədir və bu sistemə görə, daşıyıcıya dövlət tərəfindən hər kilometr hesabına pul ödənilir. Avropada avtobuslar brutto kontraktla işləyir. Daşıyıcı kilometr hesabı dövlətdən pulunu alır və o axşam saat 12-ə qədər də xidmət göstərməyə həvəsli olur.

Bizim də təqdim etdiyimiz həmin sistemdir. Təqdim edilən sistem hökumət tərəfindən dəstəklənir. Bu istiqamətdə müvafiq dövlət orqanları ilə görüşlər keçirilib, bütün hesablamalar təqdim edilib. Amma bu, kifayət qədər ciddi maliyyə vəsaiti tələb edən bir məsələdir", - deyə Anar Rzayev qeyd edib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişinlərin mənzil başına daha tez və rahat çata bilməsi üçün ümumi şəhər zolaqları şəbəkəsi çərçivəsində Zərifə Əliyeva küçəsində avtobus zolağının təşkil edilməsi planlaşdırılır. Layihə ilə bağlı 9 oktyabr tarixində nəqliyyat ekspertləri Ərşad Hüseynov, Rauf Ağamirzəyev, Eldəniz Cəfərov, Sosial Tədqiqatlar Mərkəzinin nümayəndəsi Əziz Əlibəyli, bloger Saleh Nəsirov və media nümayəndələrinin iştirakı ilə ictimai dinləmə təşkil edilib.

Chosen
10
2
sportinfo.az

10Sources