EN

Yunanıstan millisinin futbolçusu evində ölü tapıldı

Yunanıstan milli futbolçu Corc Baldokun ölümü ilə sarsılıb.

"Operativ Media" xəbər verir ki, 2024-25 mövsümündən əvvəl "Panatinaykos" tərəfindən transfer edilən 31 yaşlı sağ cinah müdafiəçisi evinin hovuzunda ölü tapılıb.

Futbola İngiltərənin "MK Dons" komandasında başlayan Corc Baldok daha sonra müvafiq olaraq "Northampton", "Tamworth", IBV, "Oxford United", "Sheffield United" və "Panathinaikos" klublarında çıxış edib.

Baldok 12 dəfə Yunanıstan millisində çıxış edib.

Chosen
13
1
operativmedia.az

7Sources