EN

Dünyada baş verən iqlim dəyişikliyi Azərbaycandan da yan keçmir- İlham Əliyev

Dünyada baş verən iqlim dəyişikliyi Azərbaycandan da yan keçmir. Bu Prezident İlham Əliyevin Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransının (Pre-COP29) iştirakçılarına müraciətində qeyd olunub.


"İqlim dəyişikliyi bütün ölkələrə təsir edir. Bu qlobal səviyyədə həyata təsir edir. Azərbaycan bu baxımdan istisna deyil. Çaylarımız su çatızmazlığından əziyyət çəkir. Cəsarətli addımlar atırıq ki, bu problemin öhdəsindən gələk.Neft və qazdan əldə olunan gəlirləri yaşıl enerjiyə xərcləyirik,- Prezidentin məktubunda deyilir.

Müraciəti COP29  prezidneti nazir Muxtar Babayev səsləndirib.

Hazırda Bakıda "PRE-COP29” tədbiri keçirilir.
 
Gülnar Nazimqızı

www.anews.az
Chosen
8
anews.az

1Sources