EN

Azərbaycanda yeni alternativ dəmiryol marşrutu yaranacaq

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“ADY və hökumət zaman-zaman Balakən - Tbilisi marşrutu ilə bağlı müzakirələr aparır və bu layihənin reallaşması ölkə üçün strateji əhəmiyyət kəsb edir”.

Banco.az xəbər verir ki, bu açıqlamanı   "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz verib.

 O, Bakı-Balakən qatarının işə salınma perspektivindən və Balakən - Tbilisi dəmir yolu layihəsinin həyata keçə biləcəyindən bəhs edib.

Osman Gündüz qeyd edib ki, ADY və hökumət zaman-zaman Balakən - Tbilisi marşrutu ilə bağlı müzakirələr aparır və bu layihənin reallaşması ölkə üçün strateji əhəmiyyət kəsb edir:

“ Hazırda Azərbaycanın şimal-qərbində dəmir yolunun son stansiyası Balakəndir. Bu stansiya keçən əsrin 80-ci illərində işə salınıb. Balakən stansiyasından Gürcüstan sərhədindəki Siteli-Sigaro stansiyasına qədər məsafənin isə təxminən 25-30 km-dir. Bu qısa məsafənin dəmir yolu ilə birləşdirilməsi nəticəsində Bakı-Balakən-Tbilisi kimi yeni bir alternativ dəmir yolu marşrutu yaranacaq”.

Ən sərfəli kredit üçün müraciət et

Chosen
16
banco.az

1Sources